mobil versiya

Muxtar Babayev COP28-in prezidenti ilə görüşüb



Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev COP28-in prezidenti Sultan Əl-Cabirlə görüşüb.
Bu barədə COP28-in rəsmi "X" hesabında məlumat paylaşılıb.
Bildirilib ki, Dünya Hökumətləri Sammiti çərçivəsində keçirilən görüşdə tərəflər COP29-la bağlı əməkdaşlığı müzakirə ediblər.
Qeyd edək ki, Muxtar Babayev "Dayanıqlı maliyyələşmənin təşviqi vasitəsilə iqlim fəaliyyəti" mövzusu ilə bağlı müzakirələrdə iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdədir.
Xatırladaq ki, COP28 ötən il BƏƏ-nin Dubay şəhərində keçirilib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-02-2024, 16:29