mobil versiya

Riyaziyyat üzrə şagirdlərin 16,5 faizi iki il ərzində daha yüksək səviyyəyə yüksəlib







Dördüncü sinifdə qiymətləndirilən şagirdlərin 16,5 faizi iki il ərzində riyaziyyat üzrə əvvəlki səviyyəsindən daha yüksək nəticə göstərib.

Bunu Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev təhsil işçilərinin sentyabr konfransında deyib. O bildirib ki, 2023–2024-cü tədris ilində 4-cü sinifdə qiymətləndirilən həmin şagirdlər 6-cı sinifdə yenidən qiymətləndirilib. Nəticələrin müqayisəsi onların iki il ərzində hansı səviyyədə dəyişdiyini izləməyə imkan verib.
Elnur Əliyev qeyd edib ki, riyaziyyat üzrə ümumi mənzərə müsbətdir. Şagirdlərin 16,5 faizi əvvəlkindən daha yuxarı səviyyəyə yüksəlib. Eyni zamanda, bəzi şagirdlərin əvvəlki səviyyəsindən aşağı düşdüyü, cüzi sayda olsa da, 4-cü səviyyədən 1-ci səviyyəyə enənlərin olduğu müəyyənləşdirilib.
Nazir müşaviri vurğulayıb ki, əks istiqamətdə, yəni 1-ci səviyyədən 4-cü səviyyəyə yüksələn şagirdlər də var. Bu, düzgün yanaşma və fərdi diqqət göstərildikdə, ilkin səviyyəsi aşağı olan şagirdlərin də əhəmiyyətli dərəcədə inkişaf edəcəyini göstərir.
Oxu üzrə nəticələrdə də müsbət dinamika müşahidə olunub. İki il ərzində şagirdlərin 15,3 faizi daha yüksək səviyyəyə yüksəlib, 9,3 faizi isə əvvəlki səviyyəsindən aşağı düşüb. (Azərtac)

Reportyor.az 


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:22