mobil versiya

DÇ-2022: Mərakeş İspaniyanı məğlub edərək 1/4 finala vəsiqə qazanıb


Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
Afrika təmsilçisi 1/8 finalda İspaniyanı mübarizədən kənarlaşdıraraq, adını növbəti mərhələyə yazdırıb.
Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:0) mərakeşlilər 1/4 finala adlayıb.
Qeyd edək ki, Mərakeş yığması növbəti raundda Portuqaliya - İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.
KARUSEL / İDMAN
Tarix: 6-12-2022, 21:56