mobil versiya

"Neftçi" xorvatiyalı qapıçıya yeni müqavilə təklif edəcək


"Neftçi" qapıçısı İvan Brkiçə yeni müqavilə təklif edəcək.
"Report"un "vecernji.hr" saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi xorvatiyalı qolkiperi heyətində saxlamaq istəyir.
27 yaşlı çərçivə qoruyucusunun çıxışından razı qalan "ağ-qaralar" onu buraxmaq niyyətində deyil.
Qeyd edək ki, bu ilin yanvarından "Neftçi"də çıxış edən İvan Brkiçin Bakı klubu ilə cari mövsümün sonunadək müqaviləsi var.

KARUSEL / İDMAN
Tarix: 21-12-2022, 16:29