mobil versiya

Şərqi Zəngəzurda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının iclası keçirilib


Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının 2024-cü ilin ilk iclası onlayn formatda reallaşıb.
İclas Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, eyni zamanda, Xidmətin Müşahidə Şurasının sədri Vahid Hacıyevin sədrliyi ilə keçirilib.
Müşahidə Şurasının üzvlərinin iştirakı ilə keçirilən iclasda Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərovun ötən il ərzində Xidmət tərəfindən görülmüş işlərə dair məruzəsi dinlənilib.
Həmçinin Xidmətin nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafının artırılması məqsədilə Daxili Audit Siyasətinin təsdiqi barədə müvafiq qərarlar qəbul olunub.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-01-2024, 17:27