mobil versiya

Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi - SƏRƏNCAM



Prezident İlham Əliyev “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzlayıb.
Sərəncamda deyilir:
“Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
Məsim Məmmədov – Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Müşahidə Şurasının üzvləri
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

KARUSEL / SİYASƏT
Tarix: 26-05-2023, 17:33