mobil versiya

Yassin Benzia ölkəsində ayın ən yaxşı oyunçusu adına namizədlər sırasında yer alıb



“Qarabağ”ın futbolçusu Yassin Benzia ölkəsində ayın ən yaxşı oyunçusu adına namizədlər sırasında yer alıb.
Əlcəzair mediası xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ötən ayın ən yaxşı futbolçusu seçilə bilər.
Siyahıda Yassin Benzia ilə yanaşı, Niderlandın “Vitess” komandasından Anis Hac Mussa və İngiltərə “Vulverhempton”undan Rayan Ayt Nuri də var.
Azarkeşlər arasında keçirilən səsvermədə müəyyənləşəcək qalibə aprelin 7-də “Fennec du mois” mükafatı təqdim olunacaq.
Qeyd edək ki, Yassin Benzia Əlcəzair millisinin “FIFA series” turniri çərçivəsində Boliviya və Cənubi Afrika Respublikası yığmalarına keçirilən matçlarda ümumilikdə 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 

KARUSEL / İDMAN
Tarix: 4-04-2024, 16:06