mobil versiya

İrəvanda XİN qarşısında aksiya keçirilir - Siyasi məhbuslara azadlıq tələb olunur



Aprelin 8-də Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilir.
Ermənistan mətbuatı xəbər verir ki, aksiya iştirakçıları Ermənistanda siyasi məhbusların olduğunu iddia edir, onlar Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç-Buriçdən Ermənistandakı siyasi məhbuslar məsələsi ilə bağlı AŞPA-da dinləmələr təşkil etməyi və ölkənin siyasi məhbuslarla bağlı qərar qəbul etməsini tələb edirlər. Həmçinin, hakimiyyətdən həmin şəxslərin azad edilməsi istənilir.
Etirazçılar Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyanı, siyasətçi Narek Malyanı, Vanadzorun keçmiş meri Mamikon Aslanyanı, “İmnemnin” podkastının aparıcıları Vazgen Saqatelyan və Narek Samsonyanı “siyasi məhbus” hesab edirlər...
Qeyd edək ki, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistana səfər edib. (“AzPolitika.info”)



KARUSEL / DÜNYA
Tarix: 8-04-2024, 12:55