Bu ölkələrdən quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub

Reportyor.az AQTA-ya istinadla xəbər verir ki, Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Dyör-Moşon-Şopron bölgəsindən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların, Bixor bölgəsindən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin qeyd olunan ev heyvanlarından alınan məhsulların, Dürres bölgəsindən diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-03-2025, 16:06