Hörmüz boğazının bağlanıb-bağlanmaması ilə bağlı İranın Ali Milli Təhlükəsizlik Şurası qərar verə bilər

"Hörmüz boğazının bağlanıb-bağlanmaması ilə bağlı İranın Ali Milli Təhlükəsizlik Şurası qərar verə bilər".
Reportyor.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu qərar ölkənin aidiyyəti qurumlarının səlahiyyətindədir:
"Bununla əlaqədar əsas qərar İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən verilə bilər. Hörmüz boğazının bağlanması məsələsi masa üzərində olan məqamlardan biridir".
KARUSEL / GÜNDƏM
Tarix: 23-06-2025, 16:14