Azərbaycan millisi geriləyib
Azərbaycan millisi FİFA-nın reytinqində 3 pillə geriləyib.
Reportyor.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda 119-cu pillədən 122-yə enib.
Yığma komanda hazırda 1148 xala malikdir.
Siyahıya 1885.36 xalla son dünya çempionu Argentina millisi başçılıq edir. İspaniya (1867,09) ikinci, Fransa (1862,03) isə üçüncü pillədə yer alıb.
KARUSEL / İDMAN
Tarix: 10-07-2025, 16:00