Lavrov Çin prezidenti Si Cinpinlə görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin prezidenti Si Cinpin ilə görüşüb.
Reportyor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Lavrov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Çinə səfər edib.
“Lavrov Çin liderinə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dostluq salamını və ən xoş arzularını çatdırıb. Tərəflər ikitərəfli siyasi təmaslara dair bir sıra məsələləri müzakirə ediblər... o cümlədən Rusiya prezidentinin Çin Xalq Respublikasına gözlənilən səfərinə hazırlıq” - Rusiya nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Rusiya prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Çinə gedəcək, Si Cinpinlə danışıqlar aparacaq və sentyabrın 3-də İkinci Dünya Müharibəsində Yaponiya üzərində qələbənin ildönümü ilə bağlı mərasimlərə qatılacaq.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:48