mobil versiya

Sergey Lavrov Çinə gedib



Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 8-dən 9-dək Çində rəsmi səfərdə olacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Lavrov Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlar aparacaq. Nazirlər beynəlxalq arenada ikitərəfli əməkdaşlıq və qarşılıqlı fəaliyyətin geniş spektrini müzakirə edəcəklər.
Bundan əlavə, Ukrayna və Asiya-Sakit okean regionunda vəziyyət də daxil olmaqla, bir sıra aktual mövzular və regional məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Lavrov sonuncu dəfə Pekinə 2023-cü ilin oktyabrında “Bir kəmər, bir yol” üçüncü beynəlxalq forumu keçirilən zaman səfər edib.

KARUSEL / DÜNYA
Tarix: 8-04-2024, 11:48