mobil versiya

BMT: Pakistan-Əfqanıstan toqquşmalarında indiyədək ən azı 18 nəfər ölüb, 360 nəfər yaralanıb




Oktyabrın 10-dan bu yana Əfqanıstanda Pakistan və Əfqanıstan arasında baş verən hərbi toqquşmalarda azı 18 nəfər ölüb, 360-dan çox adam yaralanıb.

Bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) bildirib.

“UNAMA bütün tərəfləri mülki əhalinin müdafiəsi üçün hərbi əməliyyatlara daimi son qoymağa çağırır”, - deyə bəyanatda bildirilir.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:24