"DUSHANBE INVEST-2025" Forumunda ümumi dəyəri 4 milyard dollardan çox olan 52 saziş imzalanıb

“Dushanbe Invest-2025” Beynəlxalq İnvestisiya Forumunda ümumi dəyəri 4,1 milyard dollar olan 52 saziş və əməkdaşlıq sənədi imzalanıb.
Yerli media xəbər verir ki, bu barədə oktyabrın 15-də forumun yekunları üzrə keçirilən mətbuat konfransında Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Sulton Rəhimzoda məlumat verib.

Onun sözlərinə görə, ümumi dəyəri 501 milyon dollar olan müqavilələrin 17-si Düşənbənin payına düşür.
Oktyabrın 14-də Tacikistanın paytaxtında “Dushanbe Invest-2025” Beynəlxalq İnvestisiya Forumu açılıb və oktyabrın 16-da iştirakçılar üçün Düşənbə, Hisor, Roğun və Nurek şəhərlərinin turistik və tarixi yerlərinə tanışlıq səfərləri ilə yekunlaşacaq.
Tədbirdə xarici dövlətlərin, beynəlxalq təşkilatların, yerli və xarici işgüzar dairələrin yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Forumun sessiyaları və panel müzakirələri investisiya əməkdaşlığının inkişaf etdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, sənaye, enerji, turizm, kənd təsərrüfatı və infrastruktur kimi əsas sektorlarda tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə yönəlib.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:44