mobil versiya

2024-cü ildə Türkmənistan iqtisadiyyatına investisiyalar 12,1 milyard dolları ötüb




2024-cü ilin sonuna Türkmənistan iqtisadiyyatına yatırılan investisiyaların həcmi əvvəlki illə müqayisədə 9% artaraq 12,1 milyard dollardan çox olub.

Xarici media xəbər verir ki, bu barədə TIF 2025 İnvestisiya Forumunda maliyyə və iqtisadiyyat naziri Məmmətqulu Astanaqulov bildirib.

“2024-cü ilin sonuna ölkə iqtisadiyyatına investisiyalar 2023-cü illə müqayisədə 9 faiz artaraq 12,1 milyard dollardan çox olub”, - nazir bildirib.

Astanaqulov qeyd edib ki, xarici investisiyalar ümumi investisiya həcminin 11,6%-ni təşkil edib və 2023-cü illə müqayisədə 1,4% artıb. Ümumi xarici investisiyaların həcmi 25% artaraq, demək olar ki, 5 milyard manat təşkil edib.

Nazir vurğulayıb ki, mövcud fiskal siyasət müsbət investisiya dinamikasına töhfə verir. Vergitutma prioritet iqtisadi inkişaf sahələri üçün əhəmiyyətli stimullar təmin edir və vergi yükü son 20 ildə faktiki olaraq dəyişməz qalmışdır.

Türkmənistanda ən prioritet investisiya sektorları neft-qaz sənayesi, neft-kimya, enerji, tikinti və sənaye kompleksidir.

Reportyor.az

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:55