mobil versiya

Dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 15 milyard manatı keçib


Bu ilin 11 ayında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 15 milyard 337,7 milyon manat olub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz artaraq 9 milyard 15,8 milyon manat təşkil edib. Ölkəmizdə aparılan səmərəli vergi siyasəti qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının yüksək dinamikasını təmin etməklə dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verir”.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 11-12-2023, 11:32