mobil versiya

Cari ildə vergi daxilolmaları 4,2 faiz artıb



2023-cü ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq 14 milyard 593,5 milyon manat olub.
Dövlət Vergi Xidmətindən bildirilib ki, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2 faiz artaraq 8 milyard 387,4 milyon manat təşkil edib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-11-2023, 14:46