Nazir: "Son 20 ildə ümumi investisiyalar 300 milyard dollardan çox olub"
Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar sərf edilib. Gələn il üçün 2,4 milyard dollar ayrılması nəzərdə tutulur.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 23-də SPECA Rəhbərlər Şurasının 18-ci iclasında deyib.
Nazir bildirib ki, son 20 ildə ümumi daxili məhsul 4 dəfə, büdcə gəlirləri 30 dəfədən çox, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb: “Hazırda Azərbaycanın birbaşa xarici borcu ÜDM-in 10 faizi civarındadır. Azərbaycanın valyuta ehtiyatları birbaşa xarici borcunu 10 dəfə üstələyir. Son 20 ildə ümumi investisiyalar 300 milyard dollardan çox olub, bunun 190 milyard dolları qeyri-enerji sektoruna qoyulub”.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 23-11-2023, 11:07