mobil versiya

Moskvada İsgəndər Xəlilovun oğlunun şirkətinə basqın edilib



Rusiyada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin ofisində axtarışlara başlanılıb.

Bu barədə xarici media xəbər yayıb.

Səhər saatlarında şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə xüsusi təyinatlılar və müstəntiqlər gələrək sənədləri müsadirə edib.

Onlar həmçinin, əməkdaşların binanı tərk etməsinə də icazə verməyib.

Sözügedən şirkət Qara dəniz vasitəsilə neft və neft məhsullarının daşınmasını həyata keçirir.

“Railgo”nun daşıdığı neftin bir qismi də Azərbaycana məxsusdur.

Rəhman Xəlilov azərbaycanlı iş adamı İsgəndər Xəlilovun oğludur.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: 25-07-2025, 17:34