mobil versiya

Yaponiyadan idxal olunan alkoqolsuz içki məhsullarında uyğunsuzluq aşkarlanıb





Nəzarət tədbirləri çərçivəsində "PTP AZEL" MMC-nin Yaponiyadan idxal etdiyi 126 kq 360 ədəd “DR. PEPPER CAN 350G” əmtəə nişanlı və 120 kq, 240 ədəd“GRAPE 500ML” əmtəə nişanlı meyvə aromalı qazlı su məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilib. Laborator müayinələr nəticəsində nümunələrdə benzoy turşusunun kütlə qatılıq miqdarının normadan artıq olduğu aşkarlanıb

Bu barədə AQTA məlumat yayıb.

Həmçinin, nəzarət tədbirləri çərçivəsində 52,8 kq, 120 ədəd  “KOCHAKADEN ROYAL MILK TEA 440ML” əmtəə nişanlı südlü içki, 36 kq, 72 ədəd “POCARI SWEAT 500ML” əmtəə nişanlı qazsız təbii su, 22,56 kq, 48 ədəd“HONEY LEMON 470ML” əmtəə nişanlı alkoqolsuz içki, 14.4 kq,  18 ədəd “POM PON JUICE 800ML” əmtəə nişanlı  meyvə şirəsi, 24 kq, 48 ədəd“CALPIS THE RICH 490ML” əmtəə nişanlı, 20,64kq, 48 ədəd“CALPIS BODY CALPIS BIO P430ML” əmtəə nişanlı, 24 kq, 48 ədəd “MITSUYA EXTRA RICH ORANGE SQUASH P500ML” əmtəə nişanlı, 72 kq, 144 ədəd “MITSUYA TOKUNO GRAPE SQUASH 500ML” əmtəə nişanlı, 72 kq, 144 ədəd “MITSUYA TOKUNO PEACH SQUASH P500ML” əmtəə nişanlı alkoqolsuz içki məhsullarının istifadə müddətinin bitdiyi müəyyən olunub.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, istehlaka yararsız məhsullar məhv edilib.

Reportyor.az




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:56