mobil versiya

Abramoviç Türkiyə klubunda pay sahibi ola bilər




“Çelsi”nin sabiq sahibi Roman Abramoviç Avropanın başqa klubunda pay sahibi ola bilər.

Türkiyə mediası xəbər verir ki, rusiyalı iş adamı “Qalatasaray”ın səhmlərindən bir hissəsini almağı planlaşdırır.

Abramoviç uzun illər “Çelsi”nin sahibi olub, bir neçə il əvvəl isə klubun idarəsini Amerika investorlarına verib.
“Qalatasaray” hazırda Türkiyə çempionatında turnir cədvəlinin lideridir və 9 turdan sonra 25 xal toplayıb. Komanda həmçinin, UEFA Çempionlar Liqasında çıxış edir.
İstanbul təmsilçisi növbəti oyunda Norveçin “Budo Qlimt” komandası ilə qarşılaşacaq.

Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 16:48