Suriya Prezidenti Ermənistan səfirlərinin etimadnaməsini qəbul edib

Prezident Əhməd əl-Şaraa Ermənistanın Suriyaya yeni təyin olunmuş səfiri Ruben Xarazyanın etimadnaməsini qəbul edib.
Bu barədə SANA xəbər verir.

Əhməd əl-Şaraa həmçinin, Dəməşqdəki Xalq Sarayında Səudiyyə Ərəbistanı Krallığının Suriya Ərəb Respublikasındakı səfiri Feysəl bin Səud əl-Mücfəlin və İtaliyanın Suriyadakı yeni səfiri Stefano Ravaqnanın etimadnaməsini nazir Əl-Şeybaninin iştirakı ilə keçirilən mərasimdə qəbul edib.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 21-10-2025, 16:02



























