mobil versiya

Respublika üzrə oktyabr ayının pensiya ödənişi başa çatıb



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə oktyabr ayının pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat yayıb.

Oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Reportyor.az


KARUSEL / SOSİAL
Tarix: Bu gün, 13:18