mobil versiya

ABŞ Yaşıl Kart Lotereyasında iştirak üçün 1 dollar rüsum tətbiq edir




ABŞ Dövlət Departamenti Yaşıl Kart Lotereyası kimi tanınan illik Müxtəliflik Viza Lotereyasında (DV Lotereyasında) iştirak üçün 1 dollarlıq yeni elektron rüsum tətbiq edir. Bu, proqramın tarixində ödənişə edilən ilk dəyişiklikdir.

Yeni rüsum elektron qeydiyyat sisteminin saxlanması və təhlükəsizliyinin təmin edilməsi, o cümlədən yeniləmələr, məlumatların saxlanması və qaliblərin avtomatlaşdırılmış təsadüfi seçimi ilə bağlı əməliyyat xərclərini ödəmək üçün nəzərdə tutulub. Əvvəllər bu xərclər yalnız lotereya qalibləri tərəfindən ödənilən ümumi viza rüsumu (330 dollar) hesabına ödənilirdi.

16 oktyabr 2025-ci il tarixindən etibarən iştirakçılardan rəsmi hökumət portalı vasitəsilə müraciət zamanı 1 ABŞ dolları ödəməsi tələb olunacaq. Qeydiyyat yalnız ABŞ Dövlət Departamentinin internet saytında mümkündür.

Dövlət Departamenti xəbərdarlıq edir: telefon, poçt və ya e-poçt vasitəsilə uduşlarla bağlı istənilən bildirişlər saxtadır. Uduşların rəsmi yoxlanılması yalnız proqramın veb saytındakı İştirakçı Vəziyyətinin Yoxlanması vasitəsilə mümkündür. Hər il 55.000 viza verilir, lakin müraciətlərin sayı bu rəqəmi əhəmiyyətli dərəcədə üstələyir – məsələn, DV-2023-də 9.5 milyondan çox insan iştirak edib, onlardan təxminən 119.000 nəfəri müraciət etmək imkanı barədə məlumatlandırılıb.

Reportyor.az



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:19