mobil versiya

Almaniyada sənaye yanğını 75 milyon avroya yaxın ziyana səbəb olub



Almaniyanın Frayburq şəhərində sənaye zonasında baş verən yanğın, Almaniya polisinin məlumatına görə, təxminən 75 milyon avro dəyərində ziyana səbəb olub.

Alman polisi yanğının bir şirkət işçisinin yüngül xəsarət alması ilə nəticələndiyini və hadisə yerinə 200-dən çox yanğınsöndürənnin müdaxilə etdiyini, lakin səbəbin hələ də məlum olmadığını bildirdi.

Polis sözçüsü yanğını müstəsna dərəcədə böyük hadisə kimi səciyyələndirərək, alovların Hochdorf rayonunda təxminən 40.000 kvadratmetr ərazini əhatə edən bir neçə şirkətin yerləşdiyi sənaye kompleksini tamamilə məhv etdiyinə işarə edib.
Alman səlahiyyətliləri, bir əczaçılıq şirkəti də daxil olmaqla, səkkiz şirkətin hadisədən təsirləndiyini bildirdi.
Ötən ilin iyununda Almaniyanın Marienkrankenhaus Hamburq xəstəxanasında baş verən yanğında 3 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-10-2025, 12:32