Bu da DÇ-2026-nın topu

FİFA 2026-cı il dünya çempionatında istifadə olunacaq rəsmi topu ictimaiyyətə təqdim edib.
Xarici KİV xəbər verir ki, yeni top “Trionda” adlanır və ispan dilindən tərcümədə “üç dalğa” mənasını verir.
Ağ fonda hazırlanan topun üzərində qırmızı, mavi və yaşıl rənglərdən ibarət naxış yerləşdirilib.
Bundan əlavə, turnirin üç ev sahibi ölkəsini simvolizə edən işarələr də topda öz əksini tapıb: Kanadanı təmsil edən ağcaqayın yarpağı, Meksikanı simvolizə edən qartal və ABŞ-ı ifadə edən ulduz.
FİFA prezidenti Canni İnfantino təqdimat zamanı belə deyib:
“Mən səbirsizliklə bu möhtəşəm topun qapı toruna dəyəcəyi anı gözləyirəm. Dünya çempionatına geri sayım artıq başladı”.
Mundial ilk dəfə tarixdə üç ölkənin – Kanada, Meksika və ABŞ-ın stadionlarında keçiriləcək. Turnir 15 iyun-13 iyul 2026 tarixlərində baş tutacaq.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:07