Sentyabr ayında 19 965 597 sərnişin metrodan istifadə edib

Sentyabr ayında 19 965 597 sərnişin metronu seçib.
Bu barədə Bakı Metropoliteni məlumat yayıb.
Bakı Metropoliteni sentyabr ayında 19 milyondan çox sərnişin daşıyıb. 34 cüt qatar sxeminə keçidlə “28 May–Əhmədli” sahəsində pik saatlarda interval 1 dəqiqə 45 saniyəyə endirilib.
Qeyd edilib ki, ay ərzində metro tarixində ikinci ən böyük sərnişindaşıma göstəricisi də qeydə alınıb. Ayın ən çox sərnişin qəbul edilən günü 15 sentyabrda(891 856 nəfər), Ən sakit gün isə 7 sentyabrda( 405 892) qeydə alınıb.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 17:23