mobil versiya

Avropadan və İrandan Azərbaycana kokain və ekstazi gətirənlər saxlanıldı


Cənubi Amerikadan Avropaya, oradan isə Azərbaycana tranzit yolla kokain gətirən dəstə üzvləri saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyininn (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirən mütəşəkkil dəstə üzvlərinə qarşı əməliyyatlar davam etdirilir.
Sonuncu tədbir zamanı Xalid İsgəndərov, Xəyyam Əsədov və Elman Yusifov saxlanılıblar. Onlardan 1 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik kokain və 3284 ədəd ekstazi həbi aşkar olunub.
Həmin narkotiklərin Cənubi Amerika ölkələrindən Avropaya, oradan isə tranzit yolla Azərbaycan ərazisinə gətirildiyi müəyyən edilib.
Belə ki, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan “TIR” sürücüsü Elman Yusifovun bu işdə rolu narkotikləri ölkəyə keçirmək, Xəyyam Əsədovun vəzifəsi həmin narkotikləri sərhədyanı zonalardan götürərək Xalid İsgəndərova çatdırmaq, sonuncunun fəaliyyəti isə narkotik vasitə olan kokainin və ekstazi həblərinin Bakı şəhərində satışını təşkil etmək və əldə olunan “çirkli” pulları ölkə xaricinə çıxarmaq olub.
Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisində kokain və ekstazinin əsas tədarükçülərindən olmaları müəyyən edilib.



MANŞET / KARUSEL / HADİSƏ
Tarix: 19-05-2023, 14:17