mobil versiya

Yeni Delhidə partlayış təhlükəsi səbəbindən səkkiz məktəb təxliyə edilib



Hindistanın paytaxtı Yeni Delhidə və onun ətrafında azı səkkiz məktəb elektron poçt vasitəsilə bomba hədəsi aldıqdan sonra təxliyə edilib.
Bu barədə NDTV kanalı məlumat yayıb.
Mayın 1-də imtahan keçirilməli olan “Məryəm Ana” məktəbi daxil olmaqla, Yeni Delhidəki bir neçə məktəbə partlayış təhlükəsi barədə ilk ismarışlar göndərilib .
Daha sonra Noydedə yerləşən məktəblər daxil olmaqla bir sıra təhsil müəssisələrinə partlayıcı qurğuların yerləşdirildiyi barədə məlumat daxil olub.(report)

KARUSEL / DÜNYA
Tarix: 1-05-2024, 10:38