İrəvan metrosunda bomba həyəcanı: Sərnişinlər təxliyə edildilər
İrəvan metrosundan vətəndaşlar təxliyə ediliblər. Buna səbəb stansiyalarda bomba xəbərdarlığı olub.
Bu barədə Ermənistan FHN-in mətbuat katibi Ayk Kostanyan xəbər verib.
Bildirilir ki, meriyanın elektron ünvanına məktub göndərilib və bütün stansiyaların minalandığı bildirilib.
Hadisə yerinə dərhal hüquq mühafizəçiləri cəlb olunublar.
Metropolitenin mətbuat xidməti hazırda bütün stansiyaların bağlı olduğunu bildirib.
Mənbə: Sputnik Ermənistan
SON XƏBƏR / KARUSEL
Tarix: 20-07-2022, 14:58