mobil versiya

Azərbaycanda məktəbdə yanğın hadisəsi: Şagirdlər təxliyə edildi




Şəmkirdə yanğın hadisəsi baş verib.

REPORTYOR.AZ Apa-ya istinadən xəbər verir ki, hadisə rayondakı Cahangir Rüstəmov adına tam orta məktəbdə qeydə alınıb. Orta məktəbdə elektrik naqillərində baş verən qısaqapanmadan yanğın hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı tez bir zamanda alınıb. Şagirdlər təxliyə edilib.

Məlumata görə, yanğın sinif otağındakı elektrik qızdırıcısından qaynaqlanıb.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 3-12-2021, 17:02