mobil versiya

KTMT Bakı və İrəvan arasındakı gərginliyə görə təcili iclas çağırır




Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan səhər saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasla Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

KTMT baş katibi Stanislav Zas Bakı və İrəvan arasında yaşanan gərginlik səbəbindən bu gün daimi şuranın təcili iclasının təşəbbüsünə başlayıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 13-07-2020, 12:15