mobil versiya

Düşmən tərəfi xeyli itki verib - Müdafiə Nazirliyinin sözçüsü




"Bir neçə saat bundan öncə düşmənin dərinlikdə olan mövqelərinə sarsıdıcı zərbələr endirilib".

Bunu Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı bildirib.

O əlavə edib ki, iyul ayının 12-si günorta saatlarından başlayaraq işğalçı Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud surətdə pozaraq bölmələrimizin yerləşdiyi mövqelərimizi atəşə tutublar:

"Xüsusilə iri çaplı silahlardan, 60 və ondan daha artıq 120 mm minamyotlardan və artilleriya qurğularından atəşə tutublar. Komandanlıq tərəfindən qərar qəbul edilib. Düşmənin təxribatının qarşısını almaq məqsədi ilə adekvat cavab tədbirləri görülübdür.

Məlumat verim ki, heç bir ərazi itkisi yoxdur. Bir neçə saat bundan əvvəl ordumuz tərəfindən həyata keçirilən tədbirlər nəticəsində düşmənin dərinlikdə olan mövqelərinə, onun dayaq məntəqəsinə, artilleriya qurğularına, avtomobil texnikalarına və canlı qüvvəsinə zərbələr endirib".
Vaqif Dərgahlı əlavə edib ki, düşmən tərəfi xeyli itki verib: "Sadəcə olaraq düşmən tərəfi həmişə olduğu kimi itkiləri gizlətməyə çalışır. Yəqin ki, yaxın saatlarda itkilərini açıqlayacaqlar".

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 13-07-2020, 14:00