mobil versiya

11 kiloqrama yaxın narkotik vasitə aşkarlanı



Aprelin 30-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqrama yaxın artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,6 kiloqramdan artıq heroin, 5,8 kiloqramdan çox marixuana, 2,5 kiloqrama yaxın tiryək, həmçinin 86 ədəd metadon və ekstazi həbləri olub.
Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 1-05-2024, 10:52