mobil versiya

“Avropa İttifaqı dünya müharibəsinə hazırlaşır” - Macarıstan XİN başçısı



Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrinin vəziyyətinin pisləşməsi fonunda dünya müharibəsinə hazırlaşır.
Bunu Macarıstanın Xarici İşlər naziri Peter Siyarto Avropa İttifaqı Xarici İşlər və Müdafiə nazirlikləri rəhbərlərinin Lüksemburqda keçirilən görüşündən sonra deyib.
"Brüssel Ukrayna üçün cəbhədə getdikcə pisləşən vəziyyətə dünya müharibəsinə hazırlaşmaqla reaksiya verir", - nazir qeyd edib.
Onun sözlərinə görə, görüş hərbi rəhbərlərin qərargahdakı görüşünə bənzəyirdi: “Çünki bir neçə saat ərzində demək olar, hamı praktiki olaraq Ukraynaya nə qədər silah və hansı qrafikə uyğun tədarük etməyə hazır olduqlarından danışırdı”.
Siyarto iddia edib ki, indiyədək Ukraynaya edilən hərbi yardım onun cəbhədəki uğurlarına kömək etməyib.(AzPolitika.info)

KARUSEL / DÜNYA
Tarix: 30-04-2024, 17:06