mobil versiya

"Azərbaycanla bizim dostluğumuz digərlərindən qat-qat güclü və prinsiplərə söykənir" - Peter Siyarto



Biz görürük ki, Avropa İttifaqı və Brüsseldən olan liderlər Azərbaycan Prezidenti İlham Əliyevlə əl sıxaraq şəkil çəkdirmək fürsəti əldə etmək üçün əllərindən gələni edirlər.
Bunu Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Türkiyənin "Anadolu Agentliyi"nə müsahibəsində deyib.
TDT-nin Müşahidəçi Üzvü olduqdan sonra Aİ tərəfindən tənqid olunduqlarına diqqət çəkən Siyarto, Azərbaycanla dostluq qurduqlarına görə tənqidlərə məruz qaldıqlarını bildirib:"İndi də Avropa İttifaqı və Brüsseldən olan liderlər Azərbaycandan təbii qaz tədarük edə biləcəklərini anladıqları üçün Azərbaycan Prezidenti İlham Əliyevlə əl sıxaraq şəkil çəkdirmək üçün əllərindən gələni edirlər. Azərbaycanla bizim dostluğumuz digərlərindən qat-qat güclü və prinsiplərə söykənir".

KARUSEL / DÜNYA
Tarix: 16-02-2024, 16:57