mobil versiya

Reanimasiya şöbəsinin 21 tibbi personalı koronavirusa yoluxdu - doktorlarda ŞOK açıqlama




"Mən  də daxil olmaqla Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının Reanimasiya şöbəsində çalışan 21 personal COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib".
 
Musavat.com xəbər verir ki, bu sözləri  həmin klinikada çalışan həkim Etibar Abbasov sosial şəbəkədəki statusunda yazıb. 

Həkim yazdığı statusunda artıq tükəndiklərini bildirib:
 103978921_2684886151790795_1393372632845022200_o.jpg (114 KB)
 
Etibar Abbasov
"Biz tükənmişik deyəndə siz zarafat sanırdınız. Artıq reanimasyon xəstələrə baxan bir personal yoxdur".

Həkim bu duruma görə məsuliyyətsiz insanları da qınayıb.
aishe22.JPG (28 KB)
Aişə Yolçuzadə

Yoluxanlar arasında olan digər həkim Aişə Yolçuzadə isə aşağıdakıları yazıb:

"Keçmiş olsun yazan hər kəsə təşəkkür edirəm. Biz bu yola yoluxacağımızı bilib də çıxmışdıq. Gözlənilən oldu. Bütün Reanimasiya ekibinə acil şəfa diləyirəm. Biz ATU-TCK  tarixinə qızıl hərflərlə adımızı yazmış insanlarıq, virus bizə heç nə edə bilməz #BizBirlikdəGüclüyük .Tək narahatlığımız arxamızda qoyduğumuz xəstələrə işini bilən mütəxəssislər tərəfindən lazımı tibbi yardımın göstərilməsidir.Ən az bizim qədər can yandırsalar yetər".

Musavat.com-un əldə etdiyi məlumata görə yoluxanların 6 nəfəri həkim, yerdə qalanları tibb bacısı və  xadimələrdir.

Məlumata görə, qeyd edilən şöbədə 30-35 xəstə müalicə olunur ki, bu da normadan artıq hesab edilir. Həkimlərin sözlərinə görə, artıq onlara əvəzləyici tapmaqda çətinlik yaşanır.

Koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan həkimlər bu çətin durumda insanlardan onları anlamağı, karantin qaydalarına əməl etməyi xahiş edirlər.

MANŞET / MARAQLI / SON XƏBƏR / BANNER / GÜNDƏM / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 6-07-2020, 23:27