mobil versiya

Bakıda yanan ev söndürülüb - YENİLƏNİB-1 - FOTO



Yanğınsöndürən qüvvələr tərəfindən yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb. 

***17:44

Bakının Yasamal rayonu, N.Nərimanov prospektində fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***17:35

Bakıda yanğın baş verib.

BAKU.WS-in məlumatına görə, yanğın baş verən ərazidən havaya qara tüstü qalxır. Ətraflı məlumat verəcəyik. 

Hadisənin görüntülərini təqdim edirik:

SON XƏBƏR / KARUSEL
Tarix: 2-02-2022, 21:12