mobil versiya

Bakı-Quba yolunda yük maşınları sürücülərinin özbaşınalığı - VİDEO




Yük maşınları avtomagistralda digər avtomobillərə maneə törədir.

REPORTYOR.AZ “oxu.az”a istinadən xəbər verir ki, video Bakı-Quba yolunda qeydə alınıb.

Paylaşım edən şəxs yük maşınlarının yolun sol zolağı ilə hərəkət etməsindən şikayətlənib:

“Yük maşınları yolun sağ zolağı ilə getməlidir. Yolları bərbad vəziyyətə salıblar. Digər hərəkət iştirakçılarına mane olurlar.

Yolun sol zolağı ilə hərəkət edən yük maşınları arxadan gələn avtomobillərə ötmə əməliyyatı etməyə də imkan yaratmırlar. Ard-arda bir neçə yük maşını yolun sol zolağı ilə hərəkət edir”.

Videoda sol zolaqda hərəkət edən 99-JK-570 dövlət nömrə nişanlı, “Shacman” markalı yük maşınının qarşıdakı nəqliyyat vasitəsini sağdan ötməsi də görünür.

Şikayətçi bu vəziyyətin yaranmasında yol polisi əməkdaşlarını ittiham edib.



SON XƏBƏR / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 20-05-2020, 12:20