mobil versiya

Bakıda karantin qaydalarını pozan gənc intihara cəhd etdi




Bakıda intihara cəhd hadisəsi baş verib.

REPORTYOR
report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

“Sahil” metrostansiyasının yaxınlığında 1991-ci il təvəllüdlü Həsənov Şəhriyar Şahin oğlu COVID-19 pandemiyası ilə əlaqədar qurulmuş postu keçmək istəyərkən polisin “dayan” əmrinə tabe olmayaraq karantin qaydalarını pozub.

Ş.Həsənov məsuliyyətdən yayınmaq üçün çıxış yolunu üzərində gəzdirdiyi kəsici alət olan ülgüclə bədəninə çoxsaylı xəsarətlər yetirməkdə görüb.
Yaralı ərazidə xidmət aparan polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun boyun nahiyəsində və qarının ön divarında çoxsaylı kəsilmiş yaralar aşkarlanıb.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 1-07-2020, 10:00