mobil versiya

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO




Azərbaycanda daha bir həkim COVID-19-un qurbanı olub.

REPORTYOR.AZ "Oxu.Az"a istinadən xəbər verir ki, Suraxanı rayonunda yerləşən 23 saylı poliklinikanın terapevti Mətanət Atayeva bu gün səhər saatlarında koronavirusdan vəfat edib.

Qeyd edək ki, mərhum keçən ay Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilmişdi.
Allah rəhmət eləsin.




SON XƏBƏR / KARUSEL
Tarix: 23-07-2020, 12:37