mobil versiya

Daha bir həkim koronavirusdan vəfat edib - FOTO



Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl koronavirusa yoluxan 1 saylı Xəstəxananın həkim-reanimatoloqu Kərəm Yaqubov vəfat edib.

Qeyd edək ki, vəziyyəti ağır qiymətləndirilən həkim-reanimatoloq Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmiş və süni tənəffüs aparatına qoşulmuşdu.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 18-07-2020, 12:00