Sovet dövründən qalan təhsil mirası Qərb təhsilindən kifayət qədər güclü idi - Sahil Babayev
Ömürboyu təhsil mexanizminə hazır olmalıyıq.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
“Hər dövlətin qarşısında duran əsas hədəf əhalinin məşğulluğudur. Elə bir sistem formalaşdırmalıyıq ki, cəmiyyətin tələbinə uyğun sürətli kadr hazırlama potensialına sahib olaq. Yüksək texnologiyalar sahəsində, təbii ki, hər zaman inkişaf var. Lakin sırf bu peşə yönünə köklənmək də doğru olmaz. Misal olaraq, kiçik texnik belə yüksək bacarığı ilə böyük innovasiya edə bilər",- deyə o bildirib.
Nazir bildirib ki, bu gün dünya alternativ və günəş enerjisindən danışır.
“Əvvəlki dövrdə isə bu sahəyə bugünkü qədər kadr lazım deyildi. Yəni hər dövrün öz tələbi var. Müxtəlif istiqamətlərdə ssenarilərimiz olmalıdır. Qazanılan bilik və bacarıqların tətbiqinin imkanları mütləqdir. Etiraf edək ki, sovet dövründən qalan təhsil mirası Qərb təhsilindən kifayət qədər güclü idi. Lakin tətbiqi iş praktiki təcrübədən sonra mümkün idi”, - deyə nazir əlavə edib.
S.Babayev vurğulayıb ki, təhsil sahəsində konsepsiyaların tətbiqi önəmlidir.
"Peşə və ixtisaslar daim inkişaf etməlidir. Əhalinin məşğulluğu da əsas hədəflərdəndir. Müxtəlif kateqoriyadan olan vətəndaşların hazırlanması vacibdir. Gələcək dövrdə tələblərə görə kadr ehtiyacının artması və azalmasını görəcəyik. Bu da olduqca təbiidir",- deyə S.Babayev qeyd edib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir.
"İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər.
KARUSEL / CƏMİYYƏT

Tarix: 1-11-2023, 12:06