“WADA-nın Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsi qurumun qısa müddətdə anti-dopinq sahəsində Azərbaycanda görülən işlərdən razı qalmasının göstəricisidir

Davamı

Böyük futbol həyəcanı başlayır

Futbol üzrə dünya çempionatı Moskvanın “Lujniki” stadionunda Rusiya və Səudiyyə Ərəbistanı milliləri arasındakı oyunla start götürəcək. 

Rusiya ilk dəfə bu yarışa ev sahibliyi edəcək.

Oyunlar 11 şəhərdə yerləşən 12 stadionda keçiriləcək və iyulun 15-də “Lujniki” stadionunda keçiriləcək final oyunu ilə yekunlaşacaq. 

21-ci dünya çempionatında 32 komanda səkkiz qrupda mübarizə aparacaq. 1/8 finala çıxmaq üçün komandalar qrupda I və ya II yerləri tutmalıdır.    /oxu.az/

Davamı

Formula-1”də ilk qəza – VİDEO

“Formula-1” üzrə Azərbaycan Qran-Prisində ilk qəza baş verib. 

Birinci sərbəst yürüş zamanı “Red Bull”un belçikalı pilotu Maks Verstapenin idarə etdiyi bolid divara çırpılıb və sol qabaq təkərində problem yaranıb.

Onun bolidi trassdan evakuasiya olunub.

Qeyd edək ki, saat 13:00-da start götürən sərbəst yürüş saat 14:30-da başa çatacaq.  /A24.Az/

Davamı

“Raquf Orucov Kuboku” ikinci beynəlxalq cüdo turniri başa çatdı – FOTOLAR

Dünən Bakı İdman Sarayında aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş “Raquf Orucov Kuboku” ikinci beynəlxalq cüdo turnirinin rəsmi açılış mərasimi keçirilib.

“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən turnirdə 21 yaşdək (U-21) oğlan və qızlardan ibarət klub komandaları iştirak ediblər. Açılış mərasimində dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, veteran hərbçilər, şəhid ailələrinin üzvləri, tanınmış idmançılar, ictimai təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbir Azərbaycanın dövlət himni səsləndirilm

Davamı

“Məğlub olsaydıq belə, oyundan razı qalacaqdım” – Qurbanov

Belə bir oyunun keçirilməsini çox istəyirdim. Futbolçuların bu cür qarşılaşmalara uyğunlaşması vacibdir. Bu gün meydanda çox istəkli idilər. Hətta məğlub olsaydıq belə, oyundan razı qalacaqdım.
Bu sözləri martın 27-də Antalyada Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, əvvəlki oyunlar zamanı futbolçularda psixoloji baxımdan müəyyən problemlər hiss olunurdu. Ancaq bu qarşılaşmada daha yaxşı təsir bağışladılar. Bakıda Belarusla keçirdiyimiz oyunda təkbətək epizodlar zamanı rəqibdən geri qalmışdıq. Oyunsonrası statistika da bunu göstərmişdi. Ancaq bu gün belə olmadı.
“Fut

Davamı

Oyun zamanı meydana girib, Ronaldunu öpdü – VİDEO

Futbol üzrə Portuqaliya və Hollandiya yığmaları arasındakı yoldaşlıq görüşündə qeyri-adi hadisə baş verib.
Oyunun 61-ci dəqiqəsində bir neçə azarkeş meydana girərək, portuqaliyalı hücumçu Kriştianu Ronalduya tərəf qaçıb. Onlardan biri Ronaldunu öpərək, onunla selfi edib. Həmin şəxsin əslən bosniya və herseqovinalı, hazırda İsveçrədə çalışan məşhur komik Samir Alik olduğu müəyyənləşib.
İsveçrənin Karuja şəhərində təşkil olunmuş qarşılaşma hollandiyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Qolları Memfis Depay, Rayan Babel və Vircil van Deyk vurub. 61-ci dəqiqədə Joau Kanselu qırmızı vərəqə aldığı üçün Portuqaliya millisi oyunu azlıqda başa vurub.

“Tank” ləqəbli məşhur kikboksçumuz Almaniyada qələbə qazandı – FOTOLAR+VİDEO

Azərbaycan Kikboksinq Federasiyasının üzvü,dünya çempionu, nüfuzlu yarışların qalibi Xəyal Əhmədov Almaniyada baş tutan beynəlxalq yarışda parlaq qələbə qazanıb.

İdmançımızın rəqibi STERRENBERG adlı təcrübəli kikboksçu idi.

Xarici saytlar idmançımızın döyüşü ilə bağlı anons vermişdilər. Yarış izdihamlı keçib.
Xəyal Əhmədov bir sıra nüfuzlu beynəlxalq yarışların qalibidir.
Azərbaycan bayrağını beynəlxalq yarışlarda ucaltdığı üçün keçən il ölkə rəhbəri tərəfindən “Fəxri Diplom”la mükafatlandırılıb.

Döyüşü bu linkdən izləmək olar:

Davamı

İdmançımız ermənilərin gözü qarşısında Ermənistan bayrağını tapdaladı – VİDEO

Bu gün Xocalı faciəsindən artıq 26 il ötür. Xalqımız bu qanlı olayı bir an belə unutmur.

Qarabağ həsrətini illərlə ürəyində gəzdirən və iştirak etdiyi hər bir yarışı Qarabağ uğrunda döyüş kimi qəbul edən vətən övladlarından biri də qaydasız döyüş üzrə Avropa Çempionatının gümüş mükafatçısı Azad Məmmədovdur.

Azad Məmmədov 1991-ci ildə BDU – nun Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Tələbələrə verilən möhlət hüququndan istifadə etməyərək 1992 – ci ildə könüllü olaraq Qarabağ savaşında iştirak etmək üçün cəbhəyə gedib. Dəfələrlə ölumlə üz – üzə qalmasına baxmayaraq atəşkəs rejiminə qədər qanlı döyüşlərdə iştirak edib.

Bir çox Beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərə qal

Davamı

Almaniya ilə Türkiyə qarşı-qarşıya – Sabah bütün dünyanın GÖZÜ ORADA OLACAQ – VİDEO

Sabah Çempionlar Liqası 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Bavariya”-“Beşiktaş” matçı böyük maraqla gözlənilir.

75 000 azarkeş tutumu olan “Allianz” arenada keçiriləcək nəhəng qarşılaşmanın artıq bütün biletləri satılıb. Oyun 120 ölkədə canlı yayımlanacaq və 500 milyon futbolsevər tərəfindən izləniləcək.

Türkiyənin ÇL-də yeganə təmsilçisi olan “Beşiktaş”ın Almaniya nəhəngi “Bavariya” ilə bu çətin mübarizədə şansı daha az qiymətləndirilir. Amma təbii ki, hər şey iki oyunun nəticəsindən sonra ortaya çıxacaq.

1/8 finalın növbəti oyunu isə iştirak etdikləri liqanın nəhəng koma

Davamı

Karateçilərimiz Soçidə keçirilən Avropa çempionatında tarixi nəticə göstəriblər – FOTOLAR

Karateçilərimiz Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclərin 10-cu Avropa çempionatında tarixi nəticə göstəriblər.

Qazanılan altı medaldan dördü qızıl, biri gümüş və bürünc mükafatdır.

Yarışın son günü 21 yaşadək gənclərdən Hüseyn Əliyev (-67 kq, şəxsi məşqçisi Elnur Həsənov) qitə çempionu olub. Murad Hacızadə (+84 kq, şəxsi məşqçisi Rafael Məmmədov) isə ardıcılı ikinci dəfə avropa ücüncülüyünü qazanıb.

Yarışın ilk günü Tale Yaqubov (-63 kq, şəxsi məşqçisi Cahangir Babayev) və Polina Hurenko (-47 kq, şəxsi məşqçisi Denis Morozov), ertəsi gün 16-18 yaşlı gənclər arasında Hümmət Baxşəliyev (-61 kq, şəxsi məşqçisi Vüqar Kərimov) qızıl medala sahib olub. Mədinə Sadıxova (-48 k

Davamı

Futbol matçına gələn azarkeşlər saylarına görə rekord qırdı

Futbol üzrə İngiltərə Premyer Liqasının 25-ci turunda Londonun “Uembli” stadionunda keçirilən “Tottenhem Hotspur” və “Mançester Yunayted” tribunalara 81 min 978 azarkeş toplayıb.

Bu göstərici 1992-ci ildə yaradılmış Premyer Liqa tarixində rekord göstərici hesab edilib.

Əvvəlki rekord da “Tottenhem”in Britaniyanın əsas arenasındakı ev oyununda qeydə alınıb. Ötən ilin oktyabrında 7-ci turun “Liverpul” ilə keçirilən matçını (4:1) 80 min 827 azarkeş canlı izləyib.

Oyuna gəldikdə isə, ev sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.

Davamı

“Qarabağ” Türkiyədə 6 oyun keçirəcək

“Qarabağ” futbol klubunun Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi oyunlarda rəqibləri məlum olub.

Ağdam təmsilçisi Türkiyədə 6 yoxlama matçında gücünü sınayacaq. Komandamızın rəqibləri isə bunlardır:

17 yanvar – “Kuban” (Krasnodar, Rusiya)

20 yanvar – “Lexiya” (Qdansk, Polşa)

25 yanvar – “Şkupi” (Skopye, Makedoniya)

25 yanvar – “Mariupol” (Mariupol, Ukrayna) (maraqlıdır ki, bir günə iki oyun təyin olunub)

29 yanvar – “Sarayevo” (Sarayevo, Bosniya və Herseqovina)

3 fevral – “Mladost” (Podqoritsa, Monteneqro)

“Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışı yanvarın 9-da başlayacaq və fevralın 4-də sona çatacaq.  /Virtualaz.org/

Davamı

Azərbaycan kikboksçusu ermənini belə məğlub etdi – VİDEO

Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin üzvü Elşən Qəniyev Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən kikboksinq üzrə peşkarlar arasında döyüşdə erməni idmançı Albert Arutyunyan üzərində parlaq qələbə qazanıb.

Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, Elşən Qəniyev döyüşlə bağlı təəssüratlarını bölüşüb: “Rəqibim zəif deyildi. Əsas odur ki,rəqibimi məğlub edə bildim. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyevə öz təşəkkümü bildirirəm ki, bizim belə yarışlarda təmsil olunmağımıza öz dəstəyini göstərir. Bu gün ölkədə idmana böyük qayğı var. Bizdə yaradılan şəraitdən istifadə edib,beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmək istəyirik”.

QEYD: Elşən Qəniyev 12 ildir Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvüd

Davamı

Maradonanın rekordu qırıldı

İtaliya A Seriyasında 18-ci turunda “Napoli” öz meydanında “Sampdoria”nı 3:2 məğlub edib.

Bu oyunda fərqlənən Marek Hamşik Neapol təsmilçisinin tarixində 116 qolla ən sərrast futbolçu statusuna sahib çıxıb.

O, 115 qolu olan əfsanəvi Diyeqo Maradonanı (115 qol) geridə qoyub.

Maradona və Hamşikdən başqa “Napoli”nin daha 3 futbolçusu klubda 100 qol həddini keçib. Bunlar Atilla Sallustro (108), Edinson Kavani (104) və Antonio Voyyakdır (103).

Qeyd edək ki, 30 yaşlı Hamşik Neapol klubunda 2007-ci ildən çıxış edir. O, hazırda komandanın kapitanıdır.    /Qafqazinfo/

Davamı