mobil versiya

Hulusi Akardan “Pençe-Kılıç” əməliyyatı ilə bağlı AÇIQLAMA


Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriya və İraq ərazisində keçirilən “Pençe-Kılıç” əməliyyatı çərçivəsində indiyədək 471 hədəfin atəşə tutulduğunu, 254 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Bu barədə o, videokonfrans formatında keçirilən brifinq zamanı bildirib.
“Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfi terrorçular və terrorçulara aid strukturlardır. Bizim heç bir etnik, dini, məzhəbi qrupla, kürd, ərəb qardaşlarımızla heç bir problemimiz yoxdur. Bizim yalnız bir hədəfimiz var, o da terrorçulardır. Onlar kimdir? - PKK/YPG/PYD, İŞİD. Terrorçularla hesablaşma vaxtıdır. Görəcəklər ki, Türkiyə Silahlı Qüvvələri ilə oynamaq olmaz. Şəhidlərimizin, həyatını itirən övladlarımızın, müəllimlərimizin, vətəndaşlarımızın hər damla qanının hesabını tələb edəcəyik”.
Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarından sonra terrorçuların küncə sıxışdırıldığına diqqət çəkən Akar vurğulayıb:
“Terrorçuların ədalətə təslim olmaqdan başqa çarələri yoxdur”.
Mənbə: Anadolu

GÜNDƏM / DÜNYA
Tarix: 23-11-2022, 13:47