mobil versiya

Macarıstan Azərbaycana avtobus istehsalında əməkdaşlıq təklif edir




Azərbaycanla Macarıstan arasında bir sıra sahələrdə geniş əməkdaşlıq var və bu tərəfdaşlıq əlaqələri avtobus istehsalında da ola bilər.
Bunu Macarıstanın İqtisadiyyat Nazirliyinin nümayəndəsi Gergely Fabian Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.
Onun sözlərinə görə, ikitərəfli əlaqələr inkişaf edir: "Biz bu münasibətləri daha da dərinləşdirmək əzmindəyik".
"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi böyük nailiyyətdir. Bu münasibətlə Azərbaycanı təbrik edirəm", - deyə G. Fabian qeyd edib.(report)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-04-2024, 12:28