Bolqarıstan parlamenti spikeri istefaya göndərib
Bolqarıstanda parlamentin sədri Rosen Jelyazkovu istefaya göndərmək barədə qərar qəbul olunub.
“Dəyişikliyə davam edirik” partiya blokunun deputat qrupu və “Demokratik Bolqarıstan” koalisiyasının irəli sürdüyü təklif Bolqarıstan Sosialist Partiyası və digər siyasi qüvvələr tərəfindən dəstəklənib.
Spikerin istefası barədə qərarın lehinə 129 deputat, əleyhinə 103 deputat səs verib.
Rosen Jelyazkov vəzifə səlahiyyətlərindən sui-istifadədə, parlamentin gündəliyinin müəyyən edilməsi və onun işinin digər aspektlərində pozuntulara yol verməkdə ittiham olunub. Spikeri dəstəkləyən parlament üzvləri isə ona qarşı yönələn arqumentlərin əsaslı olmadığını bildiriblər.
KARUSEL / DÜNYA
Tarix: 25-04-2024, 13:59