Qazaxıstanda parlament seçkilərinin nəticələri məlum olub

Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, altı partiya beş faizlik həddi keçməyə nail olub.
Ölkənin ən böyük partiyası – “Amanat” seçkilərdə 53,9 faiz səs toplayıb. Seçicilərin 10,9 faiz səsini qazanan Xalq-Demokratik Vətənpərvər Partiyası Qazaxıstan Məclisində səkkiz deputatla, Demokratik Partiya (8,41 faiz) altı deputatla, Xalq Partiyası (6,8 faiz) beş deputatla, “Respublika” partiyası (6,59 faiz) altı deputatla, müxalif Ümummilli Sosial-Demokratik Partiya (5,2 faiz) isə dörd deputatla təmsil olunacaq.
KARUSEL / DÜNYA
Tarix: 27-03-2023, 14:46