mobil versiya

Mərdəkanda naməlum kişi meyiti tapılıb - FOTO




Xəzər rayonu Mərdəkan qəsəbəsində 55-60 yaşlarında, boyu 170 santimetr olan naməlum kişi meyiti tapılıb.

Bu barədə REPORTYOR.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

İlkin ehtimala görə, mərhum tüfeyli həyat tərzi keçirən şəxs olub. Aparılan araşdırmalar zamanı onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Bu şəxsi tanıyanlardan, barəsində məlumatı olanlardan Xəzər Rayon Polis İdarəsinə, 012-554-22-22 və 055-270-24-34 nömrələrinə, həmçinin Nazirliyin "102" Xidməti Zəng Mərkəzinə zəng edərək məlumat vermələri xahiş olunur.



KARUSEL / HADİSƏ
Tarix: 20-04-2022, 17:23